ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

"Azərişıq" əməkdaşının ölümü bağlı cinayət işi başlandı

Baxış Sayı:40

"Azərişıq" əməkdaşının ölümü bağlı cinayət işi başlandı
Azerixeber.az xəbər verir ki, yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağsu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilmişdir ki, Xəyal Şərifov Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.


Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR