ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb

Baxış Sayı:21

Ankaranın Atakule qülləsi yenidən Azərbaycan bayrağının rənglərinə boyanıb
Azerixeber.az xəbər verir ki, Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

Trend-in məlumatına görə, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində "Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub.

Qeyd edək ki, Azərbaycana və qardaşlığımıza aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Atakule qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.
Trend.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR